Əlaqə Arxiv
news Image
2020.08.17
16:23
| A A A
Ulduz futbolçu Real Madrid-dən ayrılmaq istəyir

Real Madrid-in yarımmüdafiəçisi Xames Rodriqez gələcək karyerası barədə danışıb.

Goal.az xəbər verir ki, kolumbiyalı oyunçu komandadan ayrılmaq istədiyini bildirib:

“Oynamamaq məyusluqdur. Stabil çıxış etməyə hazıram, amma müəyyən insanlar üzündən bunu edə bilmirəm. Əgər pis oyunçu olsaydım, qəbul edərdim. Ancaq mən qazanmaq və davamlı oynamaq istəyən bir insanam. Komanda yoldaşlarınızla eyni bacarıqlarınız olmadığını görəndə çətin olur. Bu səbəbdən də Real-dan ayrılmaq istədim, amma klub buna icazə vermədi".

Qeyd edək ki, Xames 2019/20 mövsümündə Madrid təmsilçisində 14 oyun keçirib və 1 qol vurub.

Sizin Reklam Yeriniz