Əlaqə Arxiv
news Image
2020.08.18
18:32
| A A A
Suarez keçmiş klubuna qayıda bilər

Ajax Barselona-nın futbolçusu Luis Suarezi transfer etmək üçün hərəkətə keçib.

Mövqe.az goal.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars uruqvaylı hücumçunu komandaya qaytarmaq üçün danışıqlara başlayıb.

33 yaşlı futbolçunun katalonlara müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək. Bu səbəbdən Niderland təmsilçisi transfer üçün elə də böyük məbləğ sərf etməyə bilər.

Qeyd edək ki, Suarez daha öncə 2007-2011-ci illərdə Ajax-da çıxış edib.

Sizin Reklam Yeriniz