Əlaqə Arxiv
news Image
2020.08.19
10:58
| A A A
Azərbaycan UEFA reytinqində irəlilədi


 

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik olub. 

"Report"un məlumatına görə, bu "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini məğlub etməsi sayəsində gerçəkləşib - 4:0. 

Qələbəyə görə ölkənin aktivinə 0,375 xal yazılıb və Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna, həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna (Brest) 3:6 hesabı ilə uduzması səbəb olub. 

UEFA reytinqində hələ ki, Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları bu gün Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR qələbə qazansalar, ölkə 24-cü sıradakı mövqeyini itirə bilər. 

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.

Sizin Reklam Yeriniz