Əlaqə Arxiv
news Image
2020.08.20
08:10
| A A A
"Neftçi-Şkupi” matçını idarə edəcək hakimlər bəlli oldu
Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Şkupi” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemir (Türkiyə) olacaq.

Bundan əvvəl “Neftçi” –“Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.

Sizin Reklam Yeriniz