Əlaqə Arxiv
news Image
2020.08.20
09:58
| A A A
FİFA öz əsasnaməsində dəyişiklik edəcək
Yeni qaydaya əsasən, bəzi oyunçulara milli komandanı dəyişməyə icazə veriləcək

FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik etməyi planlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydaya əsasən, bəzi oyunçulara komandanı dəyişməyə icazə veriləcək. 

Əgər futbolçu ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayıbsa, komandasını dəyişə bilər. Bundan əlavə, dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlər vətəndaşlıqlarını dəyişə bilməyəcək. 

FIFA oyunçulara heç bir saniyə oynamadıqları təqdirdə ilk milli komandalarına qayıtmalarına icazə verilməsini də nəzərdən keçirir. 

211 milli federasiya, yeni qaydaları təsdiqləyəcəyi təqdirdə yeni qayda gələn aydan qüvvəyə minəcək. Bu, Azərbaycan yığmasına bəzi futbolçuların milliləşdirilməsində yardımçı olacaq. 

Sizin Reklam Yeriniz