Əlaqə Arxiv
news Image
2020.08.25
09:11
| A A A
"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək. Goal.az-ın məlumatına görə, ÇL-də 2, AL-də isə bir matç keçiriləcək. I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi 22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) 22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə) Avropa Liqası I təsnifat mərhələsi 22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)
Sizin Reklam Yeriniz