Əlaqə Arxiv
news Image
2020.08.27
12:07
| A A A
"Başakşehir"in daha bir futbolçusu millimizə dəvət aldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə iki yeni legioner dəvət edilib. 

Mövqe-nin məlumatına görə, bunlar Türkiyə "Başakşehir"ində çıxış edən Mert Çelik və "Alanyaspor"un oyunçusu Mustafa Yıldırımdır. 

Mert Çelik ilk dəfə U-21-ə gələcək, Yıldırım isə daha əvvəl U-19-da oynayıb. 

Milliyə dəvət olunmuş daha bir legioner Emre Kaplandır. Əvvəllər də U-21-ə çağırılmış Kaplan Çelikin "Başakşehir"də komanda yoldaşıdır. Bu klub 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. 

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. 

Sizin Reklam Yeriniz