Əlaqə Arxiv
news Image
2020.08.28
14:35
| A A A
Şahmat olimpiadasında yığmamız növbəti oyununa çıxır

 

Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalının oyunları başlayıb.

Azərbaycan komandası bu mərhələdə Polşa yığması ilə mübarizə aparacaq.

Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Dörddəbir finalın digər oyunlarında Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla qarşılaşacaq.

Sizin Reklam Yeriniz