Əlaqə Arxiv
news Image
2020.09.20
20:43
| A A A
Çempionlar Liqası yeni formatda keçirəcək

UEFA İcraiyyə Komitəsi COVİD-19 pandemiyası ilə əlaqədar Çempionlar Liqasının 2020/21-ci il mövsümünün yeni formatda keçirilməsi ilə bağlı qərar qəbul edib.

Goal.az xəbər verir ki, turnir əvvəlki illərdə olduğu kimi, qrup oyunları şəklində keçirilməyəcək. Bu dəfə komandaların daha az səfərə çıxması üçün ilkin mərhələdən başlayaraq hər bir iştirakçı bir oyunda gücünü sınayacaq. Qalib komandalar 1/16, ardınca isə 1/8 finala vəsiqə qazanacaq. "Final mərhələsi”ndə isə 8 komanda iştirak edəcək.

İlkin mərhələnin oyunları noyabrda, 1/16 və 1/8 final matçları isə müvafiq olaraq yanvar və fevral aylarında təşkil olunacaq. Aprel və may aylarında keçiriləcək final mərhələsində isə ¼, 1/2, 3-cü yer və final matçları baş tutacaq. (Fanat)

Sizin Reklam Yeriniz