Əlaqə Arxiv
news Image
2020.09.21
21:39
| A A A
Qarabağ-ın evdə 50-ci məğlubiyyəti

Qarabağ Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.

Goal.az xəbər verir ki, bu, Premyer Liqanın III turunun Neftçi ilə matçına təsadüf edib.

Ağdamlılar ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan Qarabağ yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də Ağdam təmsilçisinin 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən il noyabrın 22-də Sumqayıt-la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. Ağdamlılar Keşlə-ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

Qarabağ-ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. Səbail-lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, ağdamlılar öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. Qurbanovun yetirmələri sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da Neftçi-yə 0:1 hesabı ilə yenilib.

Sizin Reklam Yeriniz