Əlaqə Arxiv
news Image
2020.11.26
14:42
| A A A
Maradonanın oğlu reanimasiyaya yerləşdirildi

Dünən həyatla vidalaşan Dieqo Maradonanın oğlu kiçik Dieqo atasının ölümünü eşidəndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Goal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün "Twitter" hesabından informasiya yayıb:

"Təəssüf ki, "sarı mətbuat" nümayəndələrindən biri reaksiyasını öyrənmək üçün ona zəng vurub və kiçik Dieqo atasını itirdiyini bilib".

Qeyd edək ki, əfsanəvi futbolçu noyabrın 25-də 60 yaşında ürəktutmasından ölüb. Onun oğlu koronavirusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.(fanat)

Sizin Reklam Yeriniz