Əlaqə Arxiv
news Image
2020.11.27
11:48
| A A A
Teymur Rəcəbov mübarizəni dayandırdı: "Əlimdən gələni etdim"
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub. Sport7.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib. Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb. Rəcəbov çıxışı ilə bağlı tvitter hesabında fikirlərini bölüşüb: "Bu turnir üçün Kaissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biri idi. Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır". Ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.
Sizin Reklam Yeriniz