Əlaqə Arxiv
news Image
2020.11.27
12:29
| A A A
Antidopinq Qayda Pozuntularına yeni maddə əlavə olundu
2021-ci ildə qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində Antidopinq Qayda Pozuntularına yeni 11-ci maddə əlavə olunub. Sport7.az xəbər verir ki, yeni maddəyə əsasən Antidopinq Qayda Pozuntusu barədə məlumat vermək istəyən, yaxud məlumat verən İdmançı və ya digər şəxslərə qarşı təzyiq göstərilməsi Antidopinq Qayda Pozuntusu hesab edilir. Antidopinq Qayda Pozuntusu barədə məlumat verən şəxsə, onun ailə üzvlərinə və yaxınlarına hədə qorxu, fiziki, mənəvi, iqtisadi təzyiq göstərənlər sanksiyaya məruz qalacaq.
Sizin Reklam Yeriniz