Əlaqə Arxiv
news Image
2020.11.27
15:27
| A A A
Mahir Emrelini "Beşiktaş"a təklif ediblər
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubuna təklif edilib. Sport7.az xəbər verir ki, bu haqda "Yeni Asır" məlumat yayıb. İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunu bəyənib. Lakin hələ iki klub arasında təmasların qurulmadığı bildirilib. Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb. Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sizin Reklam Yeriniz