Əlaqə Arxiv
news Image
2020.11.29
18:43
| A A A
"Qarabağ"ın məşqçisindən "İmarət"lə bağlı açıqlama
Ağdamın azad edilməsinə görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik, yaxın gələcəkdə oyunlarımızı “İmarət” stadionunda keçirəcəyik.
Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov səfərdə “Səbail”lə 1:1 hesabı ilə bitən oyundan sonra deyib.
Məşqçi Ağdama səfərin komandaya müəyyən qədər təsir etdiyini deyib
Oyundan danışan məşqçi bildirib ki, Mahir Emreli və Zubirin meydana daxil olmasından sonra komandanın oyununda dönüş yaranıb:
“Onlar meydana girdikdən sonra qol da vurduq. Bu arada rəqibin oyununu da qeyd etmək lazımdır. “Səbail” çox ağıllı kollektivdir”.
Qeyd edək ki, “Səbail” – “Qarabağ” matçı 1-1 başa çatıb.
Sizin Reklam Yeriniz