Əlaqə Arxiv
news Image
2020.12.03
17:54
| A A A
Bu gün Millətlər Liqasında final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Püşkatma mərasimindən əvvəl UEFA İcraiyyə Komitəsinin iclası olacaq.
Mərasimdə "dördlər finalı"na vəsiqə qazanmış A Liqasının qrup qalibləri - İtaliya, Belçika, Fransa və İspaniya yığmaları yarımfinaldakı rəqiblərini tanıyacaqlar. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının həlledici mərhələsində yarımfinal matçları 2021-ci il 6-7 oktyabrda oynanılacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.
Sizin Reklam Yeriniz