Əlaqə Arxiv
news Image
2020.12.04
11:05
| A A A
UEFA "Dördlər finalı" və Avropa çempionatının keçiriləcəyi məkanları açıqladı
Millətlər Liqasının final mərhələsinin püşkatma mərasimindən öncə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Sport7.az xəbər verir ki, yığıncaqda bir sıra qərarlar qəbul olunub. Belə ki, "Dördlər finalı"nın oyunlarının İtaliyada keçiriləcəyi təsdiqlənib. 2021-ci il 6-10 oktyabrda baş tutacaq matçlar "Yuventus"a məxsus eyniadlı arenada və "San Siro" stadionunda baş tutacaq. 21 yaşadək futbolçular arasında 2023-cü ildə təşkili planlaşdırılan Avropa çempionatının final mərhələsinə ev sahibliyi Gürcüstan və Rumıniyaya həvalə olunub. 2021/2022 mövsümündən keçiriləcək Konfrans Liqasının ilk finalının məkanı bəlli olub. Həlledici qarşılaşma Albaniyanın paytaxtı Tiranadakı "Milli arena"da gerçəkləşəcək. İcraiyyə Komitəsi İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq matçların Azərbaycan və Ermənistanda keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı da ləğv edib. İclasda həmçinin UEFA-nın növbəti Konfransının vaxtı açıqlanıb. Tədbir 2021-ci il martın 2-də İsveçrənin Montrö şəhərində olacaq.
Sizin Reklam Yeriniz