Əlaqə Arxiv
news Image
2021.01.04
11:08
| A A A
İspaniyalı futbolçu avtomobil qəzasında öldü
İspaniyanın "Atletik" klubunun yetirməsi Aytor Qandiaqa bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dünən yol qəzasında ölüb. Onun idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə yerində keçinən oyunçunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb. Qeyd edək ki, Aytor Qandiaqa 2016-cı ildə "Atletik"in farm-klubu olan "Baskoniya"da çıxış edib. O, 2019-cu ildə sərbəst agent kimi "Gernika"ya keçmişdi.
Sizin Reklam Yeriniz