Əlaqə Arxiv
news Image
2013.08.30
14:39
| A A A
FİFA erməni hakimlərə ömürlük cəza verdi
Növbəti dəfə 2 hakim və bir futbolçu futbol qurumunun hədəfinə tuş gəlib

FİFA oyun alqı-satqısında əli olanları sərt şəkildə cazalandırır. Mövqe.az Fanat.az-a istinadən xəbər verir ki, növbəti dəfə 2 hakim və bir futbolçu futbol qurumunun hədəfinə tuş gəlib.

Belə ki, iyul ayında oyun alqı-satqısında iştirak edən iki erməni hakimi UEFA futboldan kənarlaşdırmışdı. Lakin, FİFA hər iki hakimə daha ağır cəza verərək, ömürlük yaşıl meydanlardan kənarlaşdırdı. Hakimlərdən əlavə bir futbolçu da ömür boyu futbola həsrət qalacaq.

Estoniyalı futbolçu Elvis Livamaqi isə yerli futbol federasiyasının cəzası ilə üzləşib. Buna da səbəb futbolçunun oyun alqı-satqısına qarışması olub. Asiya Futbol Federasiyası isə livanlı hakim Əli Sabbaqı cəzalandırıb. Digərlərindən fərqli olaraq Sabbaq seks qarşılığında oyunu satmış və buna görə də 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sizin Reklam Yeriniz