Əlaqə Arxiv
news Image
2021.01.21
20:29
| A A A
"Qarabağ"dan möhtəşəm qələbə

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Mövqe.az xəbər verir ki, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.

Bu gün baş tutan digər oyunlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Zirə" isə evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Sizin Reklam Yeriniz