Əlaqə Arxiv
news Image
2021.01.22
09:59
| A A A
Bu gün "Keşlə" "Sumqayıt"la görüşəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçiriləcək. "ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Hazırda paytaxt klubu 13 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 16 xalla 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, 4-cü pilləyə yüksələcəklər. Çünki "Keşlə" ilk dövrədəki səfər qarşılaşmasında da "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqlara isə qələbə ilk "3-lük"dən daha da uzaqlaşmamaq baxımından vacibdir. Bu komandalar indiyədək 32 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 7 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:31. Digər tərəfdən, "Sumqayıt" bugünkü rəqibi üzərində 4 oyundur qələbə qazana bilmir. "Keşlə"nin son 5 ev qarşılaşmasında hər iki komanda qol vurub. Paytaxtdakı son 4 qarşılaşmada eyni hesab variantı qeydə alınsa da, hər komanda iki dəfə qalib gəlib. Azərbaycan Premyer Liqası, XIV tur 22 yanvar (cümə) 16:00. "Keşlə" - "Sumqayıt" Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Eldəniz Musayev "ASK Arena" Qeyd edək ki, turun ilk 3 oyununda evdə "Zirə" Qəbələ"ni 2:0, səfərdə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Sizin Reklam Yeriniz