Rövnəq Abdullayev: "Berti Foqtsun göndərilməsi barədə..."
AFFA prezidenti milliyə yeni baş məşqçinin təyin olunması məsələsinə aydınlıq gətirib
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinə yeni baş
məşqçinin təyin olunması məsələsinə aydınlıq gətirib. Mövqe.az
xəbər verir ki, o, çərşənbə axşamı jurnalistlərə açıqlamasında
bildirib ki, millinin baş məşqçisi Berti Foqtsun getməsi barədə
hələ düşünülmür.
Onun sözlərinə görə, milliyə yeni baş məşqçinin gətirilib-gətirilməməsinə dair qərarın verilməsinə hələ ki vaxt var. R.Abdullayev deyib ki, Azərbaycan millisi növbəti seçmə mərhələyə 2014-cü ilin sonlarında başlayacaq. Buna qədər AFFA-nın indiki baş məşqçinin mənfi və müsbət cəhətlərini təhlil edib müvafiq qərar çıxarmağa vaxtı olacaq.
AFFA prezidenti Qurban Qurbanovun milliyə baş məşqçi postuna gətirilməsi barədə sualı cavablandırarkən bildirib ki, bununla bağlı ad çəkmək hələ tezdi: "Bu məsələyə AFFA-nın İcraiyyə Komitəsi baxacaq və AFFA elə məşqçi seçimi etməlidi ki, milli 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edə bilsin. Çünki Azərbaycan 2016-cı il Avropa çempionatına iddialıdı".