Əlaqə Arxiv
news Image
2021.02.06
13:53
| A A A
Ulduz futbolçu milli komandasını dəyişdirdi


 

FIFA Sevilla-nın futbolçusu Munir Əl-Həddadinin idman vətəndaşlığının dəyişdirildiyini təsdiqləyib.

Goal.az xəbər verir ki, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.

Artıq 26 yaşlı oyunçu yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir Əl-Hədddadi 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FIFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Forvard 3-cü cəhdində arzusuna çatıb.

Sizin Reklam Yeriniz