Əlaqə Arxiv
news Image
2021.02.07
20:24
| A A A
Sevilla-da ciddi itki


 

Sevilla ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, hücumçu Lukas Okampos zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu İspaniya La Liqasının 22-ci turu çərçivəsində keçirilən Getafe ilə oyunda sıradan çıxıb. Klubun verdiyi məlumatda, Okamposun sol ayaq biləyinin zədələndiyi bildirilib.

Hücumçunun sağalacağı vaxtla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Sevilla Getafe-ni 3:0 hesabı ilə məğlub edib.

Sizin Reklam Yeriniz