Əlaqə Arxiv
news Image
2021.04.20
12:07
| A A A
Masallıda Taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilmişdir

10-19 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvondo Mərkəzində Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş uşaqlar, yeniyetmələr və gənclər (oğlan və qızlar) arasında Taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və  pandemiya dövründə idmançıların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Üç yaş qrupu üzrə təşkil edilmiş rayon birinciliyində, uşaqlar arasında , Bayramov  Tunar  Nurlan oğlu birinci yerə, Sadıqlı  Hüseyn  Bəhruz oğlu ikinci yerə,  Şahverdiyev  Murad  Babək  oğlu  və Əsədullayev  Ramid  Amid   oğlu üçüncü yerlərə ,yeniyetmələr arasında , Xəlilov  Adıgözəlov  Elvin oğlu birinci yerə, Dadaşov  Əli  Rəfi  oğlu ikinci yerə,  Sucayev  Fuad   Kamran  oğlu üçüncü yerə , gənclər arasında , Vəliyev  Rahid  Nahid    oğlu birinci yerə , Əzizova  Sevda  Xəyal qızı ikinci yerə, Rəhimli  Əli  Elşən  oğlu üçüncü yerə layiq görülmüşlər.

Birincilikdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz