Əlaqə Arxiv
news Image
2021.04.27
14:13
| A A A
Masallıda Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu

23-26 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş yeniyetmələr (oğlan və qızlar)  arasında Şahmat idman növü  üzrə onlayn qaydada keçirilən  Masallı rayon birinciliyinin yekun vuruldu.

Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin  əziz xatirəsinin yad edilməsi həmçinin  yeniyetmələr arasında Heydər Əliyev İrsinin geniş təbliğindən və onların  asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Yarışın yekun nəticəsinə əsasən yeniyetmələr (oğlanlar) arasında birinci yerə Əkbərov Nurlan Nazim oğlu, ikinci yerə Sadiqzadə Miryusif Kənan oğlu, üçüncü yerə isə Zeynallı Böyükağa Emin  oğlu layiq görülmüşdür.

Yeniyetmələr  (qızlar) arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikinci yerə Ağacanova Lalə Rauf  qızı, üçüncü yerə isə Zeynallı Ayan Emin qızı layiq görülmüşdür.

Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz