Əlaqə Arxiv
news Image
2021.05.25
23:16
| A A A
Əlcəzairli cüdoçu Şerin Abdelaui qızıl medal qazandı

Əlcəzair Respublikasının Azərbaycandakı səfirliyindən Movqe.az-a daxil olasn məktubda bildirilir ki, bu gün Azərbaycanın paytaxtı Bakıda keçirilən para-cüdo üzrə "Qran Pri" yarışında iştirak edən Əlcəzair təmsilçisi cüdoçu Şerin Abdelaui, 52 kq çəki kateqoriyasında qızıl medal qazanıb. Onun qələbəsi Heydər Əliyev idman kompleksinin idman salonunda dövlət himninin səslənməsinə səbəb olub.

Məktubda səfirlik adından Əlcəzairi layiqincə və şərəflə təmsil edən İdmançı və bütün komanda təbrik edilir. Bu gün səhərdən axşamacan komanda üzvlərini iştirak etdikləri bütün oyunlarda müşaiyət edən məşqçi Belarbinin ünvanına xüsusilə böyük təşəkkürlər bildirilir.

Sizin Reklam Yeriniz