Dünyada Messi, bizdə Şükürov
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS)
2012-ci ildə keçirilən oyunların ən məhsuldar futbolçularının
siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli
komandaların görüşlərində və qitə kuboklarında ən azı 4 qol vuran
futbolçuların cədvəlində 26 bombardir qərarlaşıb. Siyahıya
Argentina yığmasında 3, İspaniya "Barselona"sında 6 qol vuran
Lionel Messi başçılıq edir. Ümumilikdə, 9 qol vuran Messini 1 dəfə
az fərqlənən Klaas Yan Huntelaar izləyir. O, Almaniya "Şalke"sində
7, Hollandiya yığmasında 1 qol vurub. Filippin yığmasında 6 dəfə
fərqlənən Filip Ceyms Yunqhusband "Loyola Merkalo Sparks" klubunda
qola həsrət qalsa da 3-cü pillədədir.
Siyahıda Azərbaycan təmsilçiləri yer almamalı idi. Çünki ən məhsuldar futbolumuz olan Mahir Şükürov 4-dən az - 2 dəfə fərqlənib. O, milli komandanın Dubay toplanışındakı yoxlama görüşlərində buna nail olub.
Lakin İFFHS texniki səhvə yol verərək, Mahirin bu il millidə 3, avrokuboklarda 1 qol vurduğunu qeyd edib. Bununla da hesabında 4 qol olan Şükürov "Çelsi"nin üzvü Salomon Kalu ilə 12-13-cü yerləri bölüşür. Hərçənd 2012-ci ildə nə Mahir, nə də hər hansı Azərbaycan komandası avrokuboklarda oynamayıb.