Əlaqə Arxiv
news Image
2022.02.01
16:09
| A A A
“Land of Fire-Azerbaijan” komandası dünya kubokunu qazanıb.

Ölkəmizin təbliği üçün təşkil edilən müxtəlif beynəlxalqtədbirlərin təşkilində yaxından iştirak edən “Azerçay” budəfə İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə37-ci dünya kubokunda iştirak edən Azərbaycan AtçılıqFederasiyasının“Land of Fire-Azerbaijan” komandasınınyanında olub. Yanvarın 27-də start götürən yarışdauğurla mübarizə aparan komandamız finala vəsiqəqazanıb və Fransanın “Clinique La Prairie” komandasına6:2 hesabı ilə qalib gələrək ilk dəfə sözügedən turnirinqalibi olub.

 

Qeyd edək ki, oyunların keçirildiyi meydanınyaxınlığında Heydər Əliyev Fondunun dəstəyi iləAzərbaycana həsr olunan pavilyon yaradılıb. BuradaAzərbaycanın tarixi, mədəni irsi barədə məlumatlar, video çarxlar, suvenirlər, müxtəlif nəşrlər təqdim edilib.40-dan çox xarici ölkəyə ixrac edilən və beynəlxalqarenada ölkəmizi layiqincə təmsil edən “Azerçay” brendinin də məhsulları pavilyonda nümayiş edilib vəiştirakçıların böyük marağına səbəb olub. Pavilyondahəmçinin qonaqlar üçün milli mətbəximizin təamlarıhazırlanıb, eləcə də toxucularımız Azərbaycanxalçalarının toxunması qaydalarını yerindəcə izləyicilərənümayiş etdirib.  

 

Sizin Reklam Yeriniz