Əlaqə Arxiv
news Image
2013.10.01
16:49
| A A A
AFFA-dan hakimləri təhqir edən futbolçulara sərt cəza

Federasiyanın İntizam Komitəsi bir sıra qərarlar qəbul edib

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasından ans press-ə verilən xəbərə görə, iclasda Azərbaycan premyer-liqasının son turunda baş verən bəzi hallarla bağlı qərarlar çıxarılıb. 


"Bakı"-"Sumqayıt" oyunundan sonra qonaq komandanın təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir edib. Bu səbəbdən İbişov 5 oyunluq cəzalanıb, klubu 5000 manat ziyana düşüb.


Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov da hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyindən klub daha 2000 manat cərimələnib.


"Simurq"-"Qəbələ" matçının 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyindən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Zaqatala klubunun kapitanı "nümunəvi" hərəkətinə görə 4 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimələnib.


Sizin Reklam Yeriniz