Əlaqə Arxiv
news Image
2013.10.15
19:38
| A A A
Bu gün millimiz DÇ-2014-ün seçmə mərhələsinin son oyununu Rusiya ilə oynayacaq

Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulacaq.


Apasport.az saytının məlumatına görə, F qrupunda yer alan milli komandamız doğma azarkeşləri qarşısında Rusiya ilə üz-üzə gələcək.

 

Ötən matç Şimali İrlandiya qarşısında qrupdakı ilk qələbəsini qazanan Berti Foqtsun yetirmələri bu dəfə çətin rəqibə qarşı mübarizə aparacaq. Rusiya yığması görüşün favoriti hesab olunsa da, yığmamız qonaqları Bakıda məyus etmək istəyir.

 

Futbolçularımız ancaq qələbə fikri ilə ölkəmizə gələn Fabio Kapellonun komandası ilə matçda meydanı xalsız tərk etmək istəmirlər.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş Rusiya yığması minimal hesablı qələbəsi ilə başa çatıb.

 

"Bayıl Arena"da keçiriləcək oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Oyun saat 22.00-da başlayacaq.

 

Qeyd edək ki, yığmamış 9 oyundan sonra 8 xalla turnir cədvəlində 4-cü yerdədir.  


Sizin Reklam Yeriniz