Əlaqə Arxiv
news Image
2012.05.24
17:54
| A A A
Əsəbi İngilis futbolçuya 12 matç cəza

Movqe.Az CNN-nə istinadən bildirir ki, "Premier League"da "Queens Park Rangers" kapitanı Coy Bartona Mançester Siti matçındakı "utanc verici" davranışlarına görə 12 matçda iştirak etməmək və 75 min sterlinq pul cəzası verilib.
Orta sahə oyunçusu qarşılaşmada gördüyü qırmızı kart səbəbi ilə cəza təşkilatına göndərilib.
Matçda Tevezə dirsək atdığı üçün birbaşa qırmızı kart görən Barton, özünü idarə edə bilməyib Agüeronu təpikləyib, sonra da onu sakitləşdirməyə çalışan Siti kapitanı Vinsent Kompaniyə kəllə atmağa çalışıb.
Bu səbəblə, Bartona 12 matç oynamamaq cəzası ilə birlikdə  75 min sterlinq pul cəzası da verilib.

Sizin Reklam Yeriniz