Əlaqə Arxiv
news Image
2013.11.14
13:21
| A A A
"Kruzeyro" Braziliyanın 3 qat çempionu oldu

Futbol üzrə Braziliya çempionatında 2013/2014-cü il mövsümünün qalibi məlum olub.


Qol.Az-ın məlumatına görə, "Kruzeyro" klubu səfərdə "Vitoriya"nı 3:1 hesabı ilə məğlub etməklə Braziliya çempionatının qızıl medallarını rəsmiləşdirib. Turnirin başa çatmasına 4 tur qalmış Belu-Orizonti klubu ən yaxın izləyicisi "Atletiko Paranaense"ni 16 xal qabaqlayır.


Qeyd edək ki, "Kruzeyro" tarixində 3-cü dəfə Braziliya çempionu olur.


Sizin Reklam Yeriniz