Əlaqə Arxiv
news Image
2013.12.03
16:25
| A A A
AFFA-dan klublara sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın rəsmi saytında verilən məlumata görə, İntizam Komitəsi Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar verib.


Premyer Liqanın XV turunun "Rəvan" - "Qəbələ" matçının 85-ci dəqiqəsində "Rəvan" klubunun 27 nömrəli futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.


Premyer Liqanın XV turunun "Simurq" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.


Premyer Liqanın XV turunun "Sumqayıt" - "Neftçi" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.


Oyunun 90-cı dəqiqəsində "Sumqayıt" klubunun 4 nömrəli futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.


Premyer Liqanın XV turunun "Xəzər Lənkəran" - AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.


Oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 nömrəli futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə tətbiq olunub.


Oyunun 86-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 55 nömrəli futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Sizin Reklam Yeriniz