Əlaqə Arxiv
news Image
2013.12.10
15:27
| A A A
Azərbaycanın qadın boksçuları Almatı turnirində yarımfinala yüksəldi

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında boks turniri davam edir.

Mövqe.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.

Boksçularımızdan Əzizə Abbasova (48 kq), Yana Alekseyeva (60 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq) yarımfinalda döyüşmək hüququ qazanıblar.

51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova isə hələ ¼ final mərhələsinin görüşünü keçirməyib. Nisə Mehdiyeva isə (54 kq) ¼ finalda məğlubiyyətlə üzləşib.

Sizin Reklam Yeriniz