Əlaqə Arxiv
news Image
2013.12.12
11:32
| A A A
Balotelli: "Digər İtaliya klublarıda bizim kimi oynaya bilərdilər"

Çempionlar Liqasının qrup mərhələsindəki son oyunda "Milan" evdə "Ayaks"la 0:0 bərabərə qalaraq, qrupu ikici yerdə tamamlayıb və 1/8 finala vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, İtaliya klubunun hücumçusu Mario Balotelli matçdan sonra yerli KİV-ə maraqlı açıqlamalar verib. 

Balotelli azlıqda qaldıqlarına görə qələbə qazana bilmədiklərini deyib: 

"Meydanda azlıqda qaldıqdan sonra müdafiəyə çəkilməyə məcbur olduq. Mən qol vurmağı çox sevirəm, amma qol buraxmamaq vacib idi. Digər İtaliya klubları da bizim kimi növbəti mərhələyə adlaya bilərdi. Təəssüf ki, onlar bunu bacara bilmədi. Amma digər tərəfdən "Milan" mərhələ adladığına görə çox xoşbəxtəm. 1/8 finaldakı rəqibimiz haqqında da düşünmək istəmirəm. İstənilən halda qrupu lider olaraq mərhələ adlayan hər hansı bir klubla qarşılaşacağıq".


Qeyd edək ki, "Milan"ın futbolçusu Rikkardo Montolivo Hollandiya təmsilçisi ilə oyunun 22-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. 

Sizin Reklam Yeriniz