Əlaqə Arxiv
news Image
2014.01.08
12:08
| A A A
Azərbaycan millisinin hazırlıq planı açıqlandı

Toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək

Yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Movqe.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.


Qeyd edək ki, futzal üzrə yığma komandamız yanvarın 28-dən fevralın 9-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. C qrupunda yer alan millimiz yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığmaları ilə qarşılaşacaq.


Xatırladaq ki, dekabrın 3-dən 13-dək İstanbulda təlim-məşq toplanışında olan millimiz Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan komandamız ikinci qarşılaşmada 4:6 hesabı ilə məğlub olub.


Sizin Reklam Yeriniz