XXII Soçi Qış Olimpiya Oyunlarının onuncu günü fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü mübarizəyə başlayacaq
Soçidə XXII Qış Olimpiya Oyunları davam edir. Olimpiya Oyunlarının
onuncu günündə beş idman növündə qaliblər müəyyənləşəcək. Atletlər
biatlon yarışlarında 15 kilometr məsafəyə yürüş, dağ xizək yürüşü
(superqiqant), xizək estafet yürüşü (ancaq kişilər), konkidə 1500
metr məsafəyə yürüş və snoubord-kross (hər ikisi qadınlar) idman
növlərində birincilik uğrunda yarışacaqlar. Həmçinin bu gün
cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar da start
götürəcək. Olimpiya Oyunlarının onuncu günü fiqurlu konkisürənlər
qısa proqramla çıxış edəcəklər. Azərbaycan idmançıları Yuliya
Zlobina – Aleksey Sitnikov cütlüyü də mübarizəyə qoşulacaqlar. Bu
yarışda 24 cütlük birincilik uğrunda çıxış edəcək. ABŞ-ı təmsil
edən Meril Devis – Çarli Uayt və kanadalı cütlük Tessa Virçu –
Skott Moyr favorit hesab olunurlar. 17-də sərbəst proqramla
yarışacaq Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə
altında çıxış edəcək.