Əlaqə Arxiv
news Image
2014.03.07
16:25
| A A A
Rövnəq Abdullayev: “AVRO-2016-ya vəsiqə qazanmaq şansımız var”

"Avropa çempionatına vəsiqə qazanmaq şansımız var".


Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.


Bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirən assosiasiya rəhbəri millimizin AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq imkanının olduğunu söyləyib: "Çətin qrupa düşmüşük. Qrupdan çıxmaq şansımızı 50-nin 50-yə dəyərləndirirəm".


Abdullayev xarici çempionatlarda top qovan gənc oyunçuların milli komandalarımıza cəlb edilməsinə də münasibət bildirib: "Əgər Almaniya və Türkiyədə çıxış edən gənc oyunçular Azərbaycan millisinin formasını geyinmək istəyirlərsə, niyə də olmasın? Almaniya çempionatının 2-ci divizionunda çıxış edən futbolçuların səviyyəsi bizim birincilikdə oynayanlardan üstündür".

Sizin Reklam Yeriniz