Ronaldodan daha bir nümunəvi davranış
2013-ci ilin ən yaxşı futbolçusu seçilən Ronaldo, bir növ beyin xəstəliyi olaraq bilinən kortikal dispilazi xəstəliyinə tutulan və bu səbəblə tez-tez huşunu itirən 10 yaşındakı Erik Ortiz Kruz adlı uşağın əməliyyatı üçün ailəsinə nümunəvi bir hədiyyə göndərib.
Movqe.Az xəbər verir ki, kiçik uşaq üçün yığılan fonda bir forma və bir cüt krampon bağışlayan Portuqaliyalı ulduz, həmçinin əməliyyatın bütün xərclərini qarşılama sözü verib.
Real Madridli oyunçu, əvvəl də İberia Yarımadasında çox xəstə uşaqlara yardım etmişdi. Məsələn 2012-ci ildə 9 yaşındakı xərçəng xəstəsi bir uşağın bütün müalicə xərclərini qarşılamışdı.