Əlaqə Arxiv
news Image
2014.04.17
18:57
| A A A
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?

"Qalatasaray"ın təcrübəli oyunçusu Səbri Sarıoğlu müqaviləsini bir il daha uzatmağa çox yaxınlaşdı.


Movqe.az goal.com-a istinadən xəbər verir ki, o, Ziraat Türkiyə Kubokunda "Bursaspor" qarşısında bu mövsüm 26-cı rəsmi matçına çıxıb. "Qalatasaray"ın oyunçusu Səbri Sarıoğlu daha 4 matçda oynayarsa, müqaviləsi avtomatik olaraq 1 il uzanacaq. 2012-ci ilin iyul ayında sarı-qırmızılı klubla 2+1 illik müqavilə imzalamışdı. Səbrinin müqaviləsində 2013-14 mövsümündə 30 rəsmi matçda oynaması halında müqaviləsinin 1 il daha uzadılacağı maddəsi var.


"Qalatasaray"ın bu mövsüm 5-i liqa və 1-i kubok finalı olmaqla cəmi 6 rəsmi matçı qalıb. Əgər Səbri bu matçlardan dördündə meyadana çıxsa, gələcək mövsüm də "Qalatasaray" forması geyinəcək. Əks halda təcrübəli oyunçu mövsüm sonunda klubdan ayrılacaq.

Sizin Reklam Yeriniz