Əlaqə Arxiv
news Image
2014.04.21
11:51
| A A A
“Federasiya Kuboku”nun 2-ci günü güləşçilərimiz 15 medal qazanıb

Bakı Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir - "Federasiya Kuboku" davam edir.


Movqe.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, turnirin ikinci günü idmançılarımız yunan-Roma güləşi üzrə 15 medal (6 qızıl, 4 gümüş, 5 bürünc) əldə edib.


Qələbə kürsüsünün ən yüksək pilləsinə yüksələn güləşçilərimiz İbrahim Nurullayev (50 kq), Sakit Quliyev (55 kq), Kərim Cəfərov (60 kq), Elman Muxtarov (66 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) olub.


Komanda oyununda Azərbaycan 1-ci yerdə, Gürcüstan- 2-ci, Türkiyə - 3-cü mövqedə qərarlaşıb.


Xatırladaq ki, turnirin bağlanışı 22 aprel tarixində olacaq.


Sizin Reklam Yeriniz