Əlaqə Arxiv
news Image
2014.04.25
14:13
| A A A
İnyesta Messinin

"Barselona"nın futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağı iddia edilən Lionel Messi haqda maraqlı fikirlər səsləndirib. 


Movqe.az qol.az-a istinadən xəbər verir ki, "Sport"a danışan ispaniyalı futbolçu Messinin bir daha "Barselona" kimi komanda tapmayacağını dilə gətirib: 


"Barselona" bir daha Messi kimi futbolçuya sahib olmayacaq. Ancaq Messi də özünü evdəki kimi hiss etdiyi bir komanda tapa bilməz. Bu səbəbdən onun karyerasını "Barselona"da başa vuracağına ümid edirəm. Bu, hər iki tərəf üçün uğurlu seçim olar". 


Qeyd edək ki, "Barselona" ilə müqavilə yeniləyəcəyi gözlənilən argentinalı futbolçunun eyni zamanda komandadan ayrılacağı da istisna olunmur. 


Sizin Reklam Yeriniz