Gənc futbolçu dünyasını dəyişdi
Movqe.Az bildirir ki,
Xərçəng xəstəliyindən müalicə alan ispan futbolçu Miki Roque
dünyasını dəyişib. 23 yaşlı gənc futbolçu, 2011-ilin yanvar ayından bəri omba
sümüyü bölgəsində çıxan şiş səbəbiylə müalicə alıb. Xəstəliyi
səbəbi ilə 2011-ci ilin mart ayında futbolu buraxan Roque,
müalicəsinin davam etdiyi Barselonadakı "Dexeus"
klinikasında vəfat edib. Futbola
Katalonya bölgəsinin "UE Lleida" komandasında oynayaraq başlayandan
sonra Liverpul komandasına transfer olan gənc Roque, qısa davam edən
kariyerasında "Oldham Athletic", "Xerez", "Cartagena" və "Real
Betis" komandalarının formalarını geyinib. Roquenin ölümü, ispan futbolunda dərin kədər yaradıb və Avropa
Çempionatında mübarizə aparan İspaniya Milli Komandasından
bir çox futbolçu,
başsağlığı mesajı göndərib.