Əlaqə Arxiv
news Image
2014.04.29
14:07
| A A A
"Topçular"ın hücum silahı İspanların hədəfində

"Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Dieqo Kostanın yerinə hücumçu axtarışlarını davam etdirir. 


Movqe.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi bu dəfə "Arsenal"ın forvardı Olivye Jirunu transfer etməyi planlaşdırır. "Atletiko" rəhbərliyi mövsüm sonunda fransız futbolçu ilə danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunarsa, Jiru yeni mövsümdən "Atletiko"nun şərəfini qoruyacaq. 


Qeyd edək ki, "Atletiko" "Mançester Siti"nin hücumçusu Alvaro Neqredo ilə də yaxından maraqlanır. 


Sizin Reklam Yeriniz