Karyerasını harada bitirəcəyini açıqladı
PSJ klubunun hücumçusu Zlatan Ibrahimoviç mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Movqe.az
qol.az-a istinadən xəbər verir ki, isveçli
forvard karyerasını məhz PSJ-də başa vurmaq istədiyini deyib: "Son
zamanlar müxtəlif qəzetlərdə haqqımda yanlış məlumatlar dərc
olunur. Mənim PSJ-dən ayrılacağımı iddia edirlər. Ancaq belə bir
şey yoxdur. Parisdə çox xoşbəxtəm və karyeramı da elə bu klubda
başa vurmağı
düşünürəm".
Qeyd edək ki, İbrahimoviç
2012-ci ilin yayında "Milan"dan PSJ-yə transfer
olunub.