Əlaqə Arxiv
news Image
2014.05.08
17:30
| A A A
ABŞ səfiri millimizn üzvüləri ilə görüşüb - Foto

Mayın 27-də San Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyunu ilə əlaqədar viza alınması üçün bu gün milli komandamızın üzvləri və AFFA-nın əməkdaşları ABŞ-ın Azərbaycandakı səfirliyində olub. 


Movqe.az-ın  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfir Richard Morningstar milli komanda ilə görüşərək rahat uçuş və uğurlu səfər arzulayıb. 


AFFA-nın baş katibi Elxan Məmmədov R. Morningstara üzərində milli komandanın üzvlərinin imzası olan forma, top və AFFA-nın digər atributlarını hədiyyə edib. Öz növbəsində, səfir AFFA-ya kitab bağışlayıb.


 

Sizin Reklam Yeriniz