Əlaqə Arxiv
news Image
2014.05.13
18:16
| A A A
"Leverkuzen" Türkiyəli futbolçunu transfer etmək arzusundadır

Movqe.az  goal.com-a istinadən bildirir ki, Almaniyanın "Bayer Leverkuzen" klubu  "Hamburq"da oynayan türk  futbolçu Hakan Çalhanoğlunun  transfer etmək iddiasındadır. Hətta  "Bayer Leverkuzen " rəhbərliyinin  məsələylə bağlı olaraq kluba müraciət ünvanladığı da bildirilir və  Çalhanoğlunun bu mövsüm klubla olan razılıq sözləşməsini bitirməsini istəyirlər.


Futbolçunun meneceri Bektaş Dəmirtaş "Bild" qazetinə bu haqda verdiyi müsahibədə bildirib ki, Çalhanoğlunun "Bayer Leverkuzen"ə gəlməsi üçün çox çalışırlar.  

Lakin digər tərəfdən  Hakanın  ingilis klublarıdan  "Mançestir Siti" və "Çelsi"nin də maraq dairəsində olduğu bildirilir. Ancaq  bu transferin bir o qədər də inandırıcı hesab olunmadığı qeyd olunur. 


Xatırladaq ki, bundesliqada çıxış etdiyi ilk  mövsümdə 31 oyunda 11 qol vuran  Çalharoğlu "Hamburq" ilə 2018-ci ilə qədər müqavilə imzalayıb.

Sizin Reklam Yeriniz