Əlaqə Arxiv
news Image
2014.05.14
14:59
| A A A
Messi : "Məni Maradona ilə müqayisə etməyin"

Argentinalı ulduz futbolçu Lionel Messi futbolun ən böyük kubokunu almadan, dünyanın ən yaxşı futbolçu olması fikirlərini qəbul etmədiyini bildirib. Amma futbolçu bunu bu yay keçiriləcək dünya kubokunda gerçəkləşdirəcəyini bildirib.

Movqe.az goal.com-a istinadən  bildirir ki, bu fikirləri Messi jurnalistlərə verdiyi maraqlı  açıqlamasında vurğulayıb.


Belə ki, ulduz futbolçu Dünya kubokunu qazanmadan, dünyanın ən yaxşı futbolçusu adına layiq olması fikirlərini doğru hesab etmir. Ancaq o, bu ilki Dünya Kubok yarışlarında haqqında söylənilən bu fikirləri, tam olaraq təstiqləmək üçün  mübarizə aparacağını vurğulayıb.


Messi tez-tez əfsanəvi ulduz futbolçu Maradona ilə müqayisə edilir. Bir çox  futbol mütəxəsisləri Messinin bu günkü  "Barselona"dakı uğurlu oyunlarını , Maradonanın "Napoli"dəki uğurlu çıxışı ilə eyni performansda olduğunu bildirirlər.


Lakin Messi... "Məni Maradona ilə müqayisə etmələri, mənim üçün  olduqca qürurvericidir, amma mən bu fikirlərlə indilikdə razı deyiləm, buna layiqli olmağım üçün görəcəyim işlər hələ çoxdur. Maradona Argentina komandası üçün çox  işlər  gördü. Mənim fikrimcə hərhansı  futbolçunu Dünya Kubokunu qazanana qədər ən yaxşı oyunçu ola biləcəyini hesab etmirəm. Bax mən bu uğuru əldə  edəcəyim təqdirdə, Maradona ilə müqayisə olunmağım mənim  üçün daha layiqli titul olar " fikirlərini vurğulayıb.





Sizin Reklam Yeriniz