Türkiyə Futbol Federasiyası bütün oyunları təxirə saldı
Türkiyənin Manisa vilayətində kömür mədənində baş verən qəzaya idman qurumları da biganə qalmayıb.
Movqe.az saytının məlumatına görə, Türkiyə Futbol
Federasiyası (TFF) və Türkiyə Basketbol Federasiyası (TBF) baş
verən faciə ilə əlaqədar olaraq, keçirilməli olan bütün oyunları
təxirə salıb.
TFF bu gün və sabah keçirilməsi planlaşdırılan oyunların başqa
vaxta təyin olunmasını lazım bilib.
Bu, təkcə peşəkar liqalara deyil, federasiyanın bayrağı altında
keçirilən həvəskarlar səviyyəsində matçlara da şamil olunur.